Müğənni Sevda Əliqızı "Öz aramızda" verilişində qonaq olarkən maraqlı və diqqət çəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, sənətçi ona "qocalmısan" deyə irad bildirən şəxslərə münasibətini açıq şəkildə ifadə edib.
Sevda Əliqızı bu sözləri deyib:
"Məni gözü götürməyən, paxıl insanlar deyir ki, bəsdir qocalmısan, get evdə otur, oxuma, min cavana dəyərik. Həmin insanlara gülürəm və deyirəm: gedin özünüzlə məşğul olun. Hələ bilinmir ki, özünüz qocalanda nə vəziyyətdə olacaqsınız".
Sənətçi yaşını gizlətmədiyini də vurğulayıb:
"Şükürlər olsun ki, yaşımı da gizlətmirəm. 66 yaşım var. Tək arzum odur ki, mənim yaşımda belə cavan qalasınız".
Müğənni həm sənətindən, həm də görünüşündən geri qalmadığını bildirib:
"Sənətimdən də, geyimimdən də geri qalmıram. Gənc qızlar kimi geyinirəm. Gözəlliklə bağlı heç bir estetik və plastik müdaxilə etdirməmişəm".
Sevda Əliqızının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Musa
Milli.Az
















