Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı gizli qalan məqamları üzə çıxarıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu dünyaca məşhur stilist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində illər əvvəl özündən yaşca kiçik müğənni bəylə eşq yaşadığını etiraf edib:
"Şou-biznesdə bir bəyə aşiq olduğum olub. Amma çərçivədən çıxmayıb. Yəni bildiyiniz "eşq, məhəbbət"ə gəlib çatmayıb. Çünki birdən bilmişəm ki, o şəxsin yaşı azdır. Həmin şəxs müğənni idi. Amma o Azərbaycanda yaşamır. Mənim məndən yaşı az olan bəylə münasibətim alınmaz. Kişi məndən ağıllı olmalıdır. Onun hökmü olmalıdır", - deyə Roza vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun