"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərovanın "Əməkdar artist Ruhəngiz Musəvinin indiyə kimi bir dənə də olsun "hit" mahnısı yoxdur" sözləri qalmaqala səbəb olub.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" ictimai-sosial verilişin efirində tərəflər üz-üzə gələn zaman onların qalmaqalına proqramda ekspert qismində iştirak edən şair və jurnalist Anar Vəziroğlu sərt şəkildə reaksiya verib.
Vəziroğlu Cəmilə ilə Ruhəngizi qeyri-səmimi adlandıraraq məsələ ilə bağlı fikirlərini belə ifadə edib:
"Bunlarda səmimiyyət deyilən şey yoxdur. Amma Ruhəngizi çıxıram qırağa... İnsanlarda çatışmayan səmimiyyətdir. Bunlar elə düşünürlər ki, burada yalan danışsalar da, ekranın digər tərəfindən onlara söz deyən olmayacaq. Bu Cəmilə ömür boyu belə olub. Cəmilə vedrənin içində civədir. Hətta vedrənin dibini də yeyəcək".
Proqramın gedişatında müğənnilər arasında qalmaqala səbəb olan mövzu daha da alovlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun