"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Adları, hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, "onlar kimdir?", sonra da başlayacaqlar onların adlarını internetdə "Google" da axtarmağa.
Sonra xalq artisti Brilliant Dadaşova gəldi və s.. Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər. İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Planet Parni İz Baku" komandasının məşhur üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "Фруктовый чай" verilişində deyib.
Aktyor musiqi mədəniyyətində baş alıb gedən özbaşınalıqlara, bayağılığa və xaosa üsyan edib. Əməkdar artist bunun günahını televiziyalarda təbliğ olunan bayağılıqda görüb: "Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranmışdı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası yoxdur... Çünki televiziya belə bir vəziyyətə gətirib hər şeyi çıxarıb.
Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yox idi... Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq. Sonu olmayan böyük repertuarımız var. Mən xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir. Orada lirika, 6/8-lik ritm və vals da var. Ümumiyyətlə, nə istəyirsən var..."
T.İmanov fəxri adı olan müğənnilərin məşhur bəstəkarlarımızın yaratdığı əsərləri deyil, kimliyi bəlli olmayan qeyri-peşəkarların mahnılarını oxumasına qarşı çıxıb: "Niyə bizim Xalq və Əməkdar artistlər Bokanın repertuarından mahnılar oxuyurlar və ya Azərbaycan mədəniyyətimizə heç bir aidiyyatı olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət. Müğənnilərimiz "Başımızın üzərindən durnalar uçur" adlı mahnı oxuyurlar. Haradadır böyük və məşhur bəstəkarların mahnıları? Niyə bu bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir... Özümə yer tapa bilmirəm görəndə ki, Xalq və Əməkdar artistlər və onları başqa Xalq artisti musiqiçi müşayiət edib, anlaşılmaz adamların repertuarından mahnılar oxuyurlar. Soruşanda ki, niyə belə mahnılar oxuyursan, o, cavab verir ki, "məclis sahibləri belə istəyirlər". Axı siz onlara deyə bilərsiniz ki, nə oxuyacam, nə də ifa edəcəm. İnanın səmimiyyətimə mən şəxsən bütün bu mahnılara dözə bilmirəm".
Milli.Az