Xalq artisti Miri Yusif, 14 Fevral – Sevgililər Gününə özəl olaraq konsert proqramı ilə səhnəyə çıxıb.
OLAY yazır ki, Miri Yusif konsert öncəsi jurnalistlərin suallarını cavablayıb:
“Bu dəfə konsertimiz Beynəlxalq Sevgililər Gününə təsadüf edib. Amma mən hər kəsə tövsiyə edirəm ki, ilin 365 gününü sevgi dolu keçirsinlər.
Hər zaman səhnədə həm səs, həm də şou baxımından mükəmməl olmağa çalışıram. Buna görə də səslə bərabər görünüşə də xüsusi diqqət edirəm”.
Xalq artisti sevənlərinə musiqi ilə dolu, duyğularla zəngin və unudulmaz bir gecə yaşadıb.
O, ard-arda sevilən mahnılarını səsləndirib.
Gecədə yadda qalan məqamlardan biri də Xalq artistini həyat yoldaşına etdiyi sevgi etirafı olub.
Xala qrtisti səhnədən iyul ayənda 5 günıül solo konsert verəcəyini də açıqlayıb.
Gecədə edilən evlilik təklifi də diqqət çəkib. Gənc oğlan sevdiyi qıza evliıik təklif edib. Sənətçi cütlüyü səhnədən təbrik edib və “Həyatım” mahnısını onlara həsr edib.
















