Xalq artisti Flora Kərimova növbəti açıqlaması ilə diqqət çəkib.
Milli.Az olay.az-a istinadən xəbər verir ki, sənətçi "Space Star"da Əməkdar artist Elza Seyidcahanla olan qalmaqalından danışıb.
"Öyrənmiş xasiyyətə tövbə yoxdur. Min dəfə düşün, bir dəfə de. Bu xanımın hövsələsi yoxdur. Mən özümü elə aparsaydım, hikkəmdən üzr istəməzdim. Mən Elza xanımı elə görmək istəmirəm. O çox istedadlı və mübariz qadındır. Mən onun birinci mühəndisi olmuşam. Birinci dəfə mənə üz tutdu. Onun varlığına azarkeşlik etmişəm", - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, Elgiz Əkbərin verilişində Elzanın yas mərasimlərindəki geyimləri müzakirə yaratmış, Kərimova da ona irad bildirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun