Elzadan aparıcılara İRAD: "Qoca arvadlar kimi..."

Elzadan aparıcılara İRAD: "Qoca arvadlar kimi..."

"Aparıcıların bəzilərinə fikir verirəm ki, qoca arvad, nənələr kimi danışırlar. Qoca nənələr ağızlarında dişləri olmadığı üçün "protez" taxırlar. Hərdən əsəbləşəndə o protez çıxır. Onların tələffüzü də fərqli olur. Aparıcılarımızın bəziləri də elədir".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər ətər" verilişinə açıqlamasında deyib.

Seyidcahan xanəndələrə də söz atıb:

"Bəzi xanəndələrimiz sözləri düzgün tələffüz etmirlər. Hələlik ifalarını kənara qoysunlar və gedib düzgün danışığı, diksiyanı öyrənsinlər. İncəsənət Universitetində yəqin ki, diksiya ilə məşğul olan müəllimlər var".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun