Blok3-ün Bakı konsertləri anşlaqla keçdi

Blok3-ün Bakı konsertləri anşlaqla keçdi

Türkiyənin məşhur reperi Hakan Aydın (Blok3) Bakıda konsert verib.

OLAY yazır ki, sənətçi “Elektra Events Hall”da iki gün ard-arda səhnəyə çıxıb.

Onun iki günlük konsertinin biletləri həftələr əvvəldən “sold out” olub.

Reperin konserti maraqlı anlarla yadda qalıb. O, 14 fevral Sevgililər Günündə xanım dinləyicilərinə güllər alıb.

Hitlərini səsləndirən ifaçının konsertindən maraqlı görüntülər yayılıb.