Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
OLAY yazır ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib.
O bu barədə feysbuk səhifəsində paylaşım edib.
Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. “Tərəqqi” medalına sahibdir.