Qumralın canlı efirdə halı PİSLƏŞDİ - VİDEO

Qumralın canlı efirdə halı PİSLƏŞDİ - VİDEO

Müğənni Qumral "Tarixin bir günü" proqramında qonaq olarkən səhhəti ilə bağlı problem yaşayıb.

Milli.Az xəbər verir ki, ailəsi ilə birlikdə verilişə qatılan ifaçı canlı yayım zamanı həyəcanlı anlar keçirib. Onun hərəkət etməkdə çətinlik çəkdiyi və özünü yaxşı hiss etmədiyi müşahidə olunub. Studiyada yaranan gərginlik səbəbilə proqram qısa müddətə fasiləyə gedib.

Verilişə dəvət olunan həkim dərhal müdaxilə edərək sənətçiyə ilkin tibbi yardım göstərib. Məlumata görə, vəziyyəti sabitləşib və ciddi təhlükə qeydə alınmayıb.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub. İzləyicilər sənətçiyə dəstək mesajları yazaraq ona tezliklə sağalmasını arzulayıblar.

Hüseyn
Milli.Az