“Sənə görə” akustik versiyada...

“Sənə görə” akustik versiyada...

Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.

OLAY yazır ki, sənətçinin “Sənə görə” mahnısının akustik versiyası artıq musiqi platformalarında yayımlanıb və qısa zamanda böyük maraq doğurub.

Mahnının söz və musiqisi Hüseyn Abdullayevə məxsusdur. Layihənin rejissoru Kemal Başbuğ, maestro isə Sezgin Tellaoğlu olub. Akustik ifa Türkiyədə peşəkar musiqiçilərin iştirakı ilə ərsəyə gəlib və orkestr müşayiəti mahnıya xüsusi ab-hava qatıb.

“Sənə Görə”nin yeni akustik nəfəsi Röyanın güclü vokal imkanlarını bir daha nümayiş etdirir. Sosial şəbəkələrdə paylaşılan layihə qısa müddətdə minlərlə bəyənmə və rəy toplayıb.