"Qızım atasını şəkildə görəndə belə TANIMIR" - VİDEO

"Qızım atasını şəkildə görəndə belə TANIMIR" - VİDEO

Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səsləndirdiyi sözlərlə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi övladı ilə bağlı etdiyi duyğusal etirafla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aysun bildirib ki, qızı Sevgi atasını real həyatda görmədiyi üçün onu tanımır:

"Qızım atasının şəkillərini görsə də, onu tanımır. Sevgi atasını görmədiyi üçün şəkildə baxanda belə onun kim olduğunu anlamır".

İfaçının bu sözləri izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri sənətçiyə dəstək ifadə edərək ana kimi yaşadığı çətinliyi anlayışla qarşılayıb, digərləri isə mövzunun emosional tərəfinə diqqət çəkiblər.

Aysunun açıqlaması qısa müddətdə sosial mediada yayılıb və şəxsi həyat, valideyn-övlad münasibətləri mövzusunda müzakirələri yenidən gündəmə gətirib.

Musa
Milli.Az