Conidən sevənlərinə üzücü xəbər - FOTO

Conidən sevənlərinə üzücü xəbər - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) sevənləri ilə üzücü xəbər bölüşüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin bütün konsertləri təxirə düşüb. Belə ki, Coni Moskvada və Sankt-Peterburqda səhnəyə çıxa bilməyəcəyini açıqlayıb:

"Böyük məyus hissi ilə çatdırıram ki, Sankt-Peterburqda "Big love show"da, Moskvada isə 9 və 10 fevralda çıxış edə bilməyəcəyəm. Çox istəyərdim ki, qış tətilindən sonra sizinlə görüşüm və mahnılarımı oxuyum. Amma bəzi hadisələr məndən asılı deyil. Təşkilatçılardan və sevənlərimdən üzr istəyirəm. İnanıram ki, 2024-cü ildə sizinlə görüşəcəyik".

Coni konsertlərinin ləğv olunma səbəbini açıqlamayıb. 

Qeyd edək ki, Coni uzun müddətdir Birləşmiş Ərəb Əmirliyindədir. O, bir müddət əvvəl ailəsi ilə Maldivə, daha sonra isə Səudiyyə Ərəbistanına səfər etmişdi. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun