"Sihirli Annem" serialındakı Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı etirafı ilə gündəmi silkələyib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi vaxtilə hamilə qaldığı üçün evləndiyini etiraf edib.
Bundan xəbər tutanda ailəsinin sərt reaksiya verdiyini deyən Ersubaşı bildirib: "Anam bunu eşidəndə üzümə tüpürdü, atam bir müddət mənimlə danışmadı".
Qalmaqallı şəkildə boşandığı 2 övladının atası Mustafa Can Keserlə münasibətindən danışan Damla Ersubaşı tanışlığından söz açıb:
"Keçmiş ərimlə bir dost vasitəsilə tanış olduq. Onu ilk dəfə görəndə çox bəyəndim. İl yarım görüşdük, sonra hamilə qaldım, evləndik. Onda 3 aylıq hamilə idim. Hamilə qalmasaydım da, evlənəcəkdim.
Ailəm hamilə olduğumu sonradan öyrəndi. Atam bir müddət mənimlə danışmadı. Anam üzümə tüpürdü. Erkən yaşda ailə qurduğuma çox peşman oldum".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun