Əməkdar artist Abbas Bağırov arıqlamaq üçün əməliyyat etdirməsi ilə bağlı iddialara cavab verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı sosial media hesabında bununla bağlı paylaşım edib.
O, yumor şəklində "Dünən konsertdə məni görənlər sual verirdi ki, sənin cərrahın kimdir? Səni hansı həkimlər əməliyyat edib və bu gözəl formaya salıb? Mən də dedim ki, onları gizlətməyim və sinizlə tanış edim" deyərək, məşq etdiyi idman alətlərini nümayiş etdirib.
Qeyd edək ki, Abbas bir müddət əvvəl 40 kiloqram çəki atdığını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun