Aktyor Hikmət Rəhimovun sayca ikinci rejissor işi – “Apatiya”nın qala gecəsi baş tuutb.
OLAY yazır ki, tədbirdə mədəniyyət və media nümayəndələri, ictimai xadimlər, yazıçılar, şairlər iştirak edib.
Sosial dram janrında olan filmin reallığı əks etdirən səhnələri xüsusilə maraqla qarşılanıb.
Filmin aktyor heyəti ilə yanaşı kino cameasının tanınan simaları da qırmızı xalıda addımlayıb.
Onların bir-birindən fərqlənən tərzləri gecədə diqqət çəkənlər sırasında olub.
Xatırladaq ki, ekran işində Tural Baxış, Azər Aydəmir, Şəhla Əliqızı, Fuad Cəbiyev, Məhəmməd Şahməmmədli və İlqarə Tosova kimi simalar rol alıb.