Aparıcı Saleh Bağırov verilişlərlə bağlı gedən müzakirələrə qoşulub.
OLAY yazır ki, sənətçi bu barədə feysbukda status yazıb:
“Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin, təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır! TV kanallarlna rəhbərlik edənlər, aidiyyatı qurumlar hamı gördüyünü, bildiyini görən həqiqətənmi görmür və ya görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola almırsınız bu tərbiyəsizliyin qarşısını? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, professional TV içşilərinin, min bir zəhmətlə yaxşı verlişlərin başa gəlməsinə əmək qoyanların adlarının ümümi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır. Müzakirəni bu gün saat 21:00 da İçtimai TV də Sabaha saxlamayaq proqramında davam edəcəyik. Heç kim TV erasının bitdiyini, TV nin sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı bu gün TV müzakirələri bu cür geniş vüsət almazdı. Deməli normal TV arzusundadır cəmiyyət!”.
















