Müğənni Manaf Ağayev "Rəngarəng" verilişində sənət həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Milli.Az xəbər verir ki, onun etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Manaf Ağayev bildirib ki, efirə çıxmaq üçün əvvəllər hətta zülm-zülm ağlayaraq həmkarlarına yalvarıb, anamın xəstə olduğunu və ölüm ayağında olduğunu deyərək onun efirdə görməsini istəyib. Sənətçi xatırladıb ki, əvvəllər onu efirə buraxmayanlar indi tərifləyirlər və hətta nəvələrinin toyunda ifa etməsini istəyirlər.
Açıqlamasında Ağayev əlavə edib ki, vaxtilə AZTV-nin bədii şurasında sınağa girib, ifasını təqdim etməsinə baxmayaraq təsdiq almayıb və efirə çıxa bilməyib. Hətta həmin zaman anasına "çəkildim, növbəm çatanda efirdə göstərəcəklər" deyərək yalan danışmaq məcburiyyətində qalıb. Təəssüf ki, bir həftə sonra onu efirdə görmək qismət olmadan anası vəfat edib.
"Vaxtilə efirə çıxmaq üçün zülm-zülm ağlayıb yalvarırdım ki, anam xəstədir, ölüm ayağındadır, məni efirdə görsün. Bilirdim ki, istəsələr, yolunu bilirlər, məni AZTV-yə efirə çıxara bilərlər. Onlarla oturub danışırdım. O vaxt mənə "yox" deyənlər indi məni ağız dolu tərifləyir! Nevəmin toyunda "sən oxuyacaqsan" deyirlər. AZTV-də bədii şura vardı, özüm getdim, imtahana mahnı ifa etdim, lakin keçirtmədilər, təsdiqləmədilər. O vəziyyətdən çıxmaq üçün anamı aldatdım ki, "çəkildim, növbəm çatanda efirdə göstərəcəklər". Amma bir həftə keçdi, anamı efirdə görmək qismət olmadan vəfat etdi".
Sənətçinin bu səmimi açıqlamaları həm tamaşaçıları kövrəldib və verilişdə geniş müzakirə mövzusuna çevrilib.
Musa
Milli.Az
















