Tolikin bugünki efirində diqqətçəkən məqam - VİDEO

Tolikin bugünki efirində diqqətçəkən məqam - VİDEO

Aparıcı Tarix Əliyev (Tolik) sosial media hesabında televiziya ekranından çəkilmiş görüntülər paylaşıb.

Milli.Az xəbər verir ki, həmin görüntülərdən də aydın olur ki, onun proqramı canlı yayımlanmayıb.

Bu gün Tolikin proqramında iştirak etdiyi göstərilən müğənni Leyla Rəhimova isə hazırda Rəngarəng verilişinin canlı efirində qonaqdır. 

  • Elgiz və Tolikin verilişi bağlanır

Xüsusilə də dünən Tarix Əliyev və Elgiz Əkbərin birgə təqdim etdiyi verilişin yayımının dayandırılması barədə xəbərin yayılması bu şübhələri daha da gücləndirib.

Məsələ ilə bağlı rəsmi qurumlardan və ya aparıcının özündən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, sosial mediada yayılan məlumatlara əsasən, Tarix Əliyevə (Speys TV) bu həftədən canlı efir qadağan edilmişdi, ona görə əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolif cümə günü tamaşaçıları ilə sağollaşacaq.

Fidan
Milli.Az