Xalq artisti Eyyub Yaqubovun 23 fevralda Bakıdakı məkanların birində "Kişilər günü" adlı konsert verəcəyi haqda məlumat və videoçarx yayılıb.
Videoçarxda qeyd olunub ki, xanımlara bəysiz giriş qadağandır.
Tədbirin bu tarixdə keçirilməsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Belə ki, 23 fevral keçmiş SSRİ-də Sovet ordusu və Hərbi Dəniz Donanması Günü kimi qeyd olunurdu. Sovet İttifaqı dağılandan sonra isə 23 fevral Rusiyada Vətənin Müdafiəçisi Günü kimi qeyd olunur.
Milli.Az xəbər verir ki, bunun ardından Xalq artisti Eyyub Yaqubov açıqlama yayıb.
O, 23 fevralın adi bir gün olduğunu xatırladıb, yazılanları təkzib edib: "Əyləncə məkanlarının birində 23 fevral tarixində keçirilməsi planlaşdırılan konsertimin "Kişilər günü" adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. Mənim üçün "Kişilər günü" deyilən bir anlayış yoxdur. 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün "Kişilər günü"dür".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun