Xatirə ikinci övlad istəyir: Xaricə getdim, olmadı

Xatirə ikinci övlad istəyir: Xaricə getdim, olmadı

Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq üçün xeyli zəhmət çəkdiyini bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə proqramlardan birində danışan müğənni artıq ikinci dəfə ana olmaq istəyindən imtina etdiyini deyib.

"İkinci dəfə ana olmaq istəyirdim, 25 kiloqram kökəldim. Kökəlmək mənim işimə də ziyan vurdu. İstədiyim kimi işlərimi görə bilmədim, istədiyim geyimləri geyinə bilmədim. İstər maddi, istərsə də mənəvi tərəfdən əlimdən gələni etdim ki, ikinci dəfə ana olum. Müalicə üçün xarici ölkələrə getdim, aylarla orada qaldım. Olmadı. daha yenidən ana olmaq fikrindən daşındım. Artıq gecdir", - o bildirib.

Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adında bir oğlu var. 

Milli.Az