Müğənnilər Nura Suri ilə Roza Zərgərli illər sonra barışıb.
Milli.Az xəbər verir ki, ifaçılar gözəllik salonunda bir araya gəliblər.
Onların birlikdə videosunu stilist Fərid Bağırov yayımlayıb.
Qeyd edək ki, ifaçılar arasında qalmaqala səbəb kitab yazmaq olub. Belə ki, Roza Zərgərli kitab çıxardıqdan sonra Nura həmkarını təkrarçılıqda ittiham edib. Nura "Dedim kitab yazacağam, kitab yazdı. Dedim, övladlığa uşaq götürəcəyəm, qaçıb etdi" sözlərini deyib.
Roza isə ona "Birinci deyən yox, bunu birinci edən ilkdir. Kitab yazmışdısa, təqdim edərdi" sözlərini söyləyib. (axşam.az)
Milli.Az
















