Portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Corcina Rodriqez ilin ən möhtəşəm dəb hadisələrindən birində xüsusi qonaq qismində iştirak edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, model dünyanın məşhur moda evi "Gucci"nin möhtəşəm nümayişində ön sırada əyləşərək diqqətləri üzərinə toplayıb.
Rodriqez bu anı sosial şəbəkə hesabında "bir dövrün tamamlanması" kimi xarakterizə edib. O, paylaşımında illər əvvəl brendin mağazasında çalışdığı dönəmə aid arxiv fotosunu da izləyiciləri ilə bölüşüb.
Model həmçinin VIP qonaq kimi qatıldığı gecədən görüntülər yayımlayıb. Corcina tədbirə başdan-ayağa "Gucci" geyimində qatılıb və zərif görünüşü ilə böyük maraq doğurub.
Rodriqez paylaşımında məşhur moda evi ilə yolunun kəsişməsindən 10 il ötüb keçdiyini vurğulayıb. Onun sözlərinə görə, vaxtilə mağazada çalışan bir qızın bu gün eyni brendin ən böyük dəb nümayişində ön sırada yer alması onun üçün xüsusi məna daşıyır.
Musa
Milli.Az























