Sobçakın Paris Moda Həftəsindəki geyimi tənqid olundu

Sobçakın Paris Moda Həftəsindəki geyimi tənqid olundu

Kseniya Sobçak Fransaya yollanıb.

OLAY yazır ki, o, Paris Moda Həftəsinə üz tutub. Aparıcı onun üçün xüsusi qrafik hazırlandığını bildirib və hər gün geyim, saç düzümü dəyişdiriləcəyini vurğulayıb.

Sobçakın sözlərinə görə, onun geyimlərinə Rusiyanın ən yaxşı stilistləri cavabdehdir. Lakin jurnalistin Parisdəki ilk sosial çıxışı  uğursuzluqla nəticələnib.

Demək olar ki, bütün dünya ulduzları nümayişdə sadə, amma zərif obrazlar göstərib. Onlardan fərqli olaraq  Sobçak ekstravaqantlığı seçib. Aparıcı “Dior” nümayişi üçün hazırladığı geyimlə müzakirə olunub.

Sosial media istifadəçiləri düşünüblər ki, 44 yaşlı aparıcı modadan uzaq seçimlər edib.