Serialının plagiat olmasından danışdı

Serialının plagiat olmasından danışdı

Türk aktyor kubilay Aka rol aldığı “İnci Taneleri” serialının ssenarisinin 2005-ci il istehsalı “Gönül Yarası” filmindən götürüldüyü iddialarına cavab verib.

OLAY yazır ki, Aka layihənin həm baş rolu, həm də ssenaristi olan Yılmaz Erdoğanın buna ehtiyacı olmadığını deyib.

“Yılmaz Erdoğanın belə bir şeyə ehtiyacı yoxdur. Türkiyənin ən yaxşı ssenaristidir. Bir çox ssenarist onun tələbəsidir. Oğurlamağa ehtiyacı yoxdur. Ürəyi ilə yazan biridir. Yılmaz Erdoğanı belə bir şeylə günahlandırmayaq. Bir çox film bir-birinə bənzəyir. Mən belə düşünmürəm. Yılmaz Erdoğan əməyə hörməti olan bir insandır”, - deyə, o, bildirib.

Qeyd edək ki, “Gönül Yarası” filmində rol almış aktrisa Meltem Cumbul da serialı sözügedən filmə bənzətdiyini dilə gətirmişdi.