Bu günlərdə çəkdiyi "Apatiya" filmi ilə böyük müzakirələrə səbəb olmuş aktyor və kinorejissor Hikmət Rəhimov maraqlı paylaşım edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, o filmin təqdimatında böyük rol oynamış həmkarı Azər Aydəmirlə bağlı maraqlı paylaşım edərək, onu "dəli balam" adlandırıb.
"Mənə bir gün qabaq dedin ki, hazır ol filmini PR etmək üçün, maraqlı bir üsul tapmışam. Sən marketinqdə birdənəsən. Amma bu super idi. Sən mənim dəli balamsan Azər Aydəmir. Yaxşı ki, varsan. Öpürəm".
Azər Aydəmir isə ona "sənə canım da qurban. Bu hələ başlanğıcdır" cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun