"Mənim ilk maşınım kiminsə üçüncü maşını dərəcəsində olub. Heç vaxt balaca maşın sevməmişəm, iri avtomobilləri sevirəm".
MilliAz bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Xəzər axşamı" verilişində deyib.
Sənətçi şou sakinlərinə inad olaraq özünə bahalı maşın aldığını bildirib:
"İlk maşınımı 2013-cü ildə almışam. Çox ucuz idi. O vaxt onu 35-40 minə almışdım".
Onun bu sözləri isə teleaparıcı Mətanət Əliverdiyevanı təəccübləndirib:
"40 min ucuzdur ki?"
Nigar fikrini belə davam etdirib:
"Həmin zamanda sənət dostlarım var idi ki, onlar bahalı maşınlar idarə edirdilər. Oturmuşduq, xanımın biri gəldi, bahalı maşınının açarını stolun üstünə qoydu, o mənə çox pis təsir etdi. Onun sənəti yox idi. Məni qısqanırdı. Günlərin birində isə xanəndələrdən biri də eynisini etdi. Mən təzə "Əməkdar artist" adını almışdım. Xanəndə xanımla toydan çıxdıq, ikimizdə də eyni markalı maşın idi. Mən maşınımı görəndə göz süzdürdü ki, yəni sən də o maşından sürürsən, mən də. Mən getdim anama dedim ki, mənə icazə ver, bahalı maşın alım, mən bu maşını sürə bilmərəm. Sonra da daha bahalı maşın aldım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun