Dima Bilan plastik əməliyyatla bağlı haqqında yayılmış şayiələrə cavab verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, o, plastik əməliyyat etdirdiyini təkzib edib.
Bilan qeyd edib ki, gələcəkdə plastik cərrahların xidmətindən istifadə etmək niyyətində deyil. Sənətçi qeyd edib ki, heç vaxt bədəninə gel doldurmaq istəməyib.
Sənətçi əlavə edib ki, bədənini yaxşı formada saxlamaq üçün mütəmadi olaraq qaçır və üzür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun