Xoşqədəm Hidayətqızı aparıcısı olduğu verilişdə ailə üzvlərini qətlə yetirən Əhmədov Əhmədlə bağlı bəzi iradlar səsləndirib.
Milli.Az aqreqator.az-a istinadən bildirir ki, o, Əhmədin necə sürücülük vəsiqəsi və digər sənədləri əldə etdiyi barədə suallar səsləndirib.
Onun çıxışına Yazıçı Kəramət Böyükçöl sosial media hesabına cavab verib.
"Xoşqədəm verilişdə bar-bar bağırır ki, 5 nəfəri öldürən Əhməd sürücülük vəsiqəsini nətər alıb? Biri ona desin ki, sən necə almısansa, o da elə alıb" - Kəramət Böyükçöl yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun