22 yaşlı müğənni Akmalın solo konsertində qonaqlar arasında rəper Aleksandr Əliyev daha çox HammAli kimi tanınan sənətçi də olub.
OLAY yazır lo, HammAli üçün indi həyatında xüsusi bir dövrdür, 17 oktyabr 2025-ci ildə o, ilk dəfə ata olub. Sənətçi və həyat yoldaşı Emilinin oğlu Adəm dünyaya gəlib. Rəper etiraf edib ki, indi daha çox vaxtını evdə keçirməyə və həyat yoldaşına kömək etməyə çalışır.
“İndi bir az daha az işləyirəm, çünki uşaq çox balacadır və ona çox diqqət lazımdır. Qərara gəldim ki, arvadımı tək qoymayım, növbə ilə baxırıq. Təbii ki, yuxusuz qalırsan, hər iki saata bir dəfə oyanırsan, hər ağlamaya reaksiya verirsən. Oyananda isə sevinirsən ki, gözləri ilə sənə baxır. Amma hər şey sevgi ilə edilirsə, heç bir çətinlik yoxdur,” - deyə HammAli bildirib.
Rəper əlavə edib ki, hələlik oğlunu öz musiqisi ilə tanış etməyə tələsmir, çünki ilk cəhd tam fiasko ilə nəticələnib.
“Bir dəfə ona mahnımı açdım ağladı və dərhal söndürdüm. Hələlik cəhd etməyəcəm. Böyüyəndə bəlkə bəyənər. Amma həyat yoldaşım mahnı oxuyanda xoşuna gəlir. O, ümumiyyətlə, qızlara hər zaman gülümsəyir, amma kişi yaxınlaşanda dərhal ciddiləşir” — deyə sənətçi gülərək etiraf edib.
















