Bu gün Azərbaycanda teatrın yaranmasının 153-cü ildönümüdür.
OLAY yazır ki, Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.
Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
















