Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşdü - FOTO

Dünyanın ən uzun boylu kişisi ilə ən qısa boylu qadını görüşdü - FOTO

Türkiyənin Mardin bölgəsində yaşayan və 2 metr 51 santimetr boyu ilə "dünyanın ən uzun adamı" ünvanını qoruyan Sultan Kösen 62,8 santimetr boyu ilə "dünyanın ən qısa qadını" olan hindistanlı Jyoti Amge ilə görüşüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, görüş ABŞ-də, Kaliforniya ştatının Irvine şəhərində baş tutub.

Əvvəlki görüşdən 6 il sonra bir araya gələn bu iki şəxs birlikdə səhər yeməyi yeyiblər.

Əyləncəli vaxt keçirən ikili, səhər yeməyindən sonra xatirə fotosu çəkdiriblər.

Amerikalı prodüserin dəvəti ilə təşkil olunan təşkilat çərçivəsində Kösen və Amge sabah Los-Ancelesə gedəcəklər. Sultan və Jyotinin görüşünü amerikalı prodüser lentə alacaq.

Qeyd edək ki, onlar daha əvvəl 2018-ci ildə Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə paytaxt Qahirədə görüşüb və Giza Piramidalarını ziyarət ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun