Rusiyanın "Na-na" qrupunun məşhur prodüseri, musiqiçi Bari Alibasov Moskvada xəstəxanaya yerləşdirilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.
Özünü pis hiss edən Alibasov xəstəxanaya yerləşdirilməzdən bir qədər əvvəl vəkili Sergey Jorinə şəxsən zəng edərək onunla və həyatla vidalaşdığını deyib.
Hazırda reanimasiyada olan 76 yaşlı musiqiçiyə hələlik diaqnoz qoyulmayıb.
Qeyd edək ki, prodüserin səhhətindəki problemlər üçüncü mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra başlayıb. O, bir neçə dəfə onurğasından əməliyyat olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun