Xəbər verdiyimiz kimi, türkiyəli pianoçu İklim Tamkan eks-sevgilisi, aktyor Nuri Fırat Tanış tərəfindən şiddətə məruz qaldığını açıqlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məsələyə aktyorun "Erkek Arkadaşım Bir Feminist" tamaşasında tərəf müqabili olan aktrisa Qonca Vuslateri də sosial şəbəkədə münasibət bildirib:
"Dəftərin səhifələrinə baxdım...Sinəmə gedən nəfəsi və ilahi ədalət duyğumu ifadə edə bilmərəm. Əminəm ki, ona görə psixoloq qapısında yatan xanım həmkarları az da olsa hüzur tapıb".
Qeyd edək ki, İklim məhkəmə qərarı ilə uzaqlaşdıma əmri çıxdığını bildirib. Fırat 2022-ci ilin fevralında keçmiş həyat yoldaşı Kübra ilə 8 illik evliliklərini bitirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun