Elçin Həmidovun məzarından FOTO paylaşdı

Elçin Həmidovun məzarından FOTO paylaşdı

Bu gün Əməkdar artist Elçin Həmidovun vəfatından 13 il ötür.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aktyorun həmkarı, Əməkdar artist Kübra Əliyeva onunla bağlı paylaşım edib.

Aktrisa Elçin Həmidovun qəbrini ziyarət edən zaman lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Əliyeva mərhum həmkarına ölümümnün 13-cü il dönümündə Allahdan rəhmət diləyib.

"Allah məkanını cənnət etsin, Elçin" - deyə, o, vurğulayıb. 

Xatırladaq ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə iyunun 29-da Bakıda anadan olub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb.

Məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.

1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb.

"Bakı oğrusu", "Canavar balası", "Məhəllə", "Məhəllə 2 Moskvada", "Tam məxfi", "Məşədi İbad-94" kimi filmlərdə müxtəlif rollar canlandırıb. 

Elçin Həmidov 2011-ci ilin martın 4-də 52 yaşında tək-tənha dünyasını dəyişib. O Xırdalan qəbiristanlığında dəfn edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun