Avroviziyada bizi təmsil edəcək İlkin Dövlətov kimdir?

Avroviziyada bizi təmsil edəcək İlkin Dövlətov kimdir?

Milli.Az "12xal"a istinadən Avroviziyada Azərbaycanı Fahree ilə birgə təmsil etməyə hazırlaşan İlkin Dövlətovla bağlı məlumatları təqdim edir:

Bir çoxunuz onu "Səs Azərbaycan (Doğma Nəğmələr)"dan tanısa da, ölkəmizdə 2000-lərin səs yarışması kimi böyük statusu olan "Azəri Star" yarışmasından gəldiyini bilirdiniz? Dövlətov haqqında tək bilmədiyiniz məqamın bu olmadığına əminik. Gəlin, onu daha yaxından tanıyaq.

Ailəsində ondan öncə bir musiqiçinin olması İlkin və onun gələcək karyerasına yetəri qədər təsir edib. O həddə ki, onun ilham mənbəyi də məhz atası olub.

Onun ifa etdiyi ilk mahnı hələ 4 yaşı olarkən "Qəlbimdə Qaldı" olub. Bu sualı hazırda 4 yaşı olan bir uşağa ünvanlasaq, cavabını eşitməyə hazır olmadığımızı nəzərə alaraq İlkinlə davam edirik. Onun bu istedadını kəşf edənin kimliyini öyrənmək bizə daha yaxşı gələcək:

"Məktəb illərində məni kəşf edən "Musiqi" dərsini tədris edən Qılınc müəllim olub. 5-ci sinifdə məni Lövhə önünə çıxardıb "Eşitmişəm yaxşı səsin var. Bizə bir mahnı oxu" dedi və mən də "Şuşanın Dağları" mahnısını ifa etdim".

Bəzən bizim üçün doğma anlayışı sadəcə dostlar və ailə üzvləri ilə sonlanmır. Eyni ilə İlkin üçün də bu hal belədir. O bildirir ki, uşaqlıqda "Toplan" adında iti var idi və o çox vəfalı idi. Onların birgə keçirdiyi 15 il o qədər xüsusi olub ki, bir anda yoxa çıxan "Toplan"dan sonra İlkin stress keçirib və təkrar heyvan sahiblənməyi bacarmayıb.

Avroviziya mahnı müsabiqəsindəki favoritiniz kimdir sualı sizə verilsə yəqin 1 ad çəkməkdə çətinlik çəkərdiniz. Sual əhatəsini azca kiçildib Azərbaycandan olan favoritiniz kimdir sualını ifaçıya ünvanlamışdıq ki, cavablar "Running Scared", "When The Music Dies" və "Hold Me" kimi oldu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun