Bakıda aktyorun yeni tikilidən meyiti tapıldı

Bakıda aktyorun yeni tikilidən meyiti tapıldı

Bakıda aktyorun meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi "Zeytun savxozu" adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. 

Mərhumun yaxınları bu barədə məlumat veriblər.

Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun