Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) televiziya ekranlarında yayımlanan "Eşref Rüya" və "Yeraltı" serialları ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az xəbər verir ki, aparılan qiymətləndirmədən sonra hər iki layihəyə pul cəzası tətbiq olunması qərara alınıb.

Qurumun qərarında bildirilib ki, seriallarda yer alan bəzi səhnələr "zorakılığı təşviq edən xarakter daşıyır". Araşdırma hesabatında xüsusilə vizual təqdimat forması, səhnələrin intensivliyi və tamaşaçılara mümkün təsiri nəzərdən keçirilib.

Qeyd olunan məzmunlar yayım prinsipləri çərçivəsində cəmiyyətə təsiri baxımından uyğun hesab edilməyib. (Axşam.az)

Milli.Az