“Narahat olmayın, hər şey qaydasındadır”

“Narahat olmayın, hər şey qaydasındadır”

Müğənni Elçin Cəfərov həyat yoldaşı Aydan Cəfərovadan ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

OLAY yazır ki, ifaçı bu barədə “Zaurla Günaydın” verilişində danışıb. Aparıcı Zaur Baxşəliyev ona “Mən istəyərdim o məsələlərə bir aydınlıq gətirək” deyib. 

“Çox danışmaq istəmirəm bu barədə. Elə bir məsələdir ki, elə bir ailə yoxdur ki, orada söz-söhbət olmasın. Və mən də həyatımda hər zaman bacardığım qədər nümunə olmağa çalışmışam. Sənətimdə, davranışımda, ailəmdə. Sadəcə olaraq, bunlar bəzən adamın özündən asılı olmayaraq baş verir. Mən bir işi sonuna qədər davam etdirirəm. Həmişə çalışmışam ki, mən atan tərəf olmayım. Mən sona qədər mücadilə aparım. Bu dostluqda da, ailədə də, sənətimdə də belədir. Narahat olmayın, hər şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşı məqamların da qədri bilinməz. Bu gün olan şeylər var ki, sabah insan daha da bir-birinə bağlanır. Mütləq ki, bunlar baş verir”, - deyə, Elçin bildirib.