Əməkdar artist Mətanət İsgəndərli növbəti layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi DJ Roşka ilə birlikdə sözləri Nüsrət Kəsəmənliyə məxsus olan “Sevdirə bilmədim özümü sənə” mahnısına yeni nəfəs verib.
Aranjimanını DJ Roşkanın etdiyi bəstə üçün onlar kamera qarşısına da keçiblər.
Ekran işinin rejissor işi isə Xəyal Hüseynə həvalə edilib.