Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes yeni fotosessiyası ilə yenidən gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məşhur model dünya şöhrətli çimərlik geyimi markası Calzedoniya ilə əməkdaşlığa başlayaraq brendin yeni siması seçilib. Daha əvvəl Haydi Klum və Kendall Cenner kimi tanınmış simaların da təmsil etdiyi marka bu dəfə Corcina ilə diqqət çəkməyi bacarıb.
Yeni reklam çəkilişlərində Corcina fərqli çimərlik geyimlərində kamera qarşısına keçib. Okean sahilində yerləşən lüks villada çəkilən görüntülərdə model zərif və dəbli kombinləri ilə diqqət çəkib.
Fotosessiyanın bəzi kadrlarında model daha cəsarətli və müasir tərzdə görünərək sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun fit görünüşünü və stilini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Kriştiano Ronaldonun və Corcina Rodriqes uzun illərdir münasibətdədir. Cütlük 2025-ci ilin avqust ayında rəsmi olaraq nişanlandıqlarını açıqlamışdı.
Musa
Milli.Az




















