"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"

"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"

Müğənni Roza Zərgərli səmimi etirafları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı sənət yolunda yaşadığı çətinliklərdən və özünü uzun müddət tək hiss etməsindən danışıb.

Müğənni bildirib ki, məşhurlaşdığı dönəmdə bir çox insan onunla işləməyə isti yanaşmayıb:

"Yatdım, səhər oyandım dünya ulduzuna çevrildim. Heç kim mənimlə işləməyi özünə sığışdırmırdı. Hamının öz "star"ı var idi".

İfaçı açıq şəkildə ona dəstək olan insanların az olduğunu da etiraf edib:

"Mənimlə qorxmadan dostluq edənlər çox az idi. Bizdə "mafialar" var axı".

Rusiyada doğulub bir müddət orada yaşadığını deyən sənətçi hər iki ölkədə müəyyən çətinliklərlə üzləşdiyini bildirib:

"Mən Rusiyada doğuldum və orada "qara" sayılırdım. Bakıya gəldim, yenə heç nə dəyişmədi. Azərbaycanlı olsam da, mənə rus deyirdilər. Dili bilmirdim deyə burada da "döyülürdüm", Rusiyada da...".

Sənətçi hətta bir dönəm musiqidən uzaqlaşmaq istədiyini də ilk dəfə açıqlayıb:

"Artıq 'İstədim' mahnımı oxuyub səhnədən gedəcəkdim. İlk dəfədir deyirəm".

Onun sözlərinə görə, məhz Elvinin təkidi qərarını dəyişib:

"Elvin israr etdi ki, bu mahnını oxu, sonra gedərsən. Yəni diqqət istədin, görmədin və sənətdən getdin". 

Müğənninin açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Mənbə: news.milli.az