Cazın əfsanəsi dünyasını dəyişdi!

Cazın əfsanəsi dünyasını dəyişdi!
Cazın əfsanəsi dünyasını dəyişdi!

Əfsanəvi caz saksofonçusu, ABŞ-nin keçmiş prezidenti Barak Obama tərəfindən iki dəfə mükafatlandırılmış Sonni Rollins Nyu-Yorkda vəfat edib.

OLAY yazır ki, onun nümayəndəsi Terri Hint bildirib ki, Rollins günorta saatlarında Nyu-York ştatının Vudstok şəhərindəki evində dünyasını dəyişib. 95 yaşlı sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Rollins son iki əsrin musiqisində ən simvolik fiqurlardan biri kimi tanınıb və dünyanı fəth etməyin yolu olaraq tenor saksofonu seçib. O, dövrünün ən böyük saksofonçularından biri hesab olunub.

Yetmiş illik karyerası ərzində Rollins 60-dan çox albom çıxarıb. Onun ən məşhur və təsirli işi 1956-cı ildə yayımlanan “Saxophone Colossus” albomu olub.

Cazın əfsanəsi dünyasını dəyişdi!
Mənbə: olay.az