Bu gün Xarıbülbül festivalında olanlar sırasında Xalq artistləri Mehriban Zəki və Nurəddin Mehdixanlı da var.
OLAY yazır ki, festivaldan M. Zəki Əməkdar artist Sevda Ələkbərzadənin ifasını paylaşıb:
“Xarıbülbül festivalı 2024. Aşıq Veysəlin “Uzun incə bir yoldayam” mahnısı ilə Sevda Ələkbərzadəyə Nurəddin Mehdixanlı ilə eşlik etdik. Yolumuz hər zaman zirvələrə olsun. Ən böyük mükafatımız Qarabağımızdır. Bu yolda canını qurban edən şəhidlərmizə Allah rəhmət etsin. Onları heç vaxt unutmarıq”.