Müğənni Elnarə Xəlilova Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə münasibətlərindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Astar" verilişinə qonaq olan sənətçi aparıcı Ülvira Qarayevanın "Röya deyirdi ki, Elnarəni görəndə yaxasından yapışacağam. Bu nədir aramızda baş verir? Atam baxıb pis olur" sözlərinə Xəlilova belə reaksiya verib:
"Bilmədim, "atam baxıb" deyəndə nəyi nəzərdə tutub. Heç bir efirdə Röyanın adını çəkməmişəm. Atası nəyə baxıb pis olub? Mən də ondan soruşmaq istəyərdim. Allah atalara can sağlığı versin. Atam o qədər dovğa bişirib, Röyanın qarşısına qoyub. Oturub yeyib, bizdə qalıb. Aramızda soyuq küləklər əssə də, küssək də, barışsaq da atam işimə qarışmayıb. Deməyib ki, Röya niyə belə edir? Hələ də qaranlıqdır, bilmirəm nə demişəm, nə etmişəm ki, ata narazı qalıb. Öz adımın çəkildiyini dəfələrlə eşitmişəm: Röya da, Natavan da adımı çəkdi. Biz illərlə bir yastığa baş qoymuşuq, tonlarla çörək kəsmişik. Nələr baş verib, nələr...
Nömrələri məndə yoxdur. Son dəfə Röya ilə 3 il əvvəl danışmışıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun