AzTV-nin keçmiş aparıcısı, şairə-publisist Nurlana Cəfərova üç il fasilədən sonra yenidən efirə qayıdıb.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda televiziya ulduzu sosial şəbəkə hesabında məlumat verib.
Nurlana bildirib ki, bundan sonra iş fəaliyyətini "İctimai" televiziyada davam etdirəcək. Cəfərova sözügedən kanalda "Dikdaban" verilişinin üç aparıcısından biri olub. Artıq həmin veriliş Nurlananın aparıcılığı ilə bu gün efirdə yayımlanıb.
Xatırladaq ki, bu ilin fevral ayında N.Cəfərova Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.
Qeyd edək ki, Nurlana Cəfərova 6 il əvvəl AzTV-də Musiqi və Əyləncəli Proqramlar Redaksiyasının baş redaktoru olub. Bundan daha əvvəl isə Nurlana ATV-də və 106 FM-də aparıcı kimi çalışıb. Pandemiya dövründə ailə quran Cəfərova Türkiyənin İzmir şəhərinə köçüb. Onun bir qız və bir oğlan övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun