Məşhur italyan modelyer Corcio Armaninin həyatından bəhs edən serial hazırlanır.
Milli.Az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Adı açıqlanmayan layihənin istehsalını İtaliyanın "Lux Vide" şirkəti "Armani" moda evi ilə birgə həyata keçirəcək. Ekran işinin rejissoru Ferzan Özpetek olacaq.
"Armani" brendi yaradıcı heyətə modelyerin arxivlərinə, şəxsi əşyalarına və onunla bağlı məkanlara çıxış imkanı verəcək.
Qeyd edək ki, italiyalı modelyer Corcio Armani 4 sentyabr 2025-ci ildə 91 yaşında vəfat edib./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















