Müğənni İlahə İbadova həmkarının xanım müğənnilərin gecə saatlarında kişilər qarşısında çıxış etməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, xanəndə bu yanaşma ilə razılaşmadığını vurğulayıb. O, "gecə saat 3-də kişilərin qarşısında oxumaq" ifadəsinin ona pis təsir etdiyini deyərək, belə fikirlərin sənətçi qadınlara qarşı düzgün münasibət olmadığını bildirib.
"Gecə 3-də kişilərin qarşısında oxumaq deməsi pis təsir etdi. Sən özün də müğənnisənsə, o sözü deməklə ilk növbədə özünü alçaldırsan. 'Oğluna müğənni qız almaz' - ayrı, o, seçimidir", - deyə İbadova bildirib.
Xanəndə daha əvvəl səsləndirdiyi "Kişilər başımızın tacıdır" fikrini də diqqətə çatdırıb.
İlahə İbadovanın həmkarının açıqlamasına münasibəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin fikirlərini ətraflı videoda təqdim edirik:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















