Daha bir məşhur türk serialı final edir

Daha bir məşhur türk serialı final edir
Daha bir məşhur türk serialı final edir

Türkiyə televiziya məkanında serialların ekran həyatı ilə bağlı növbəti qərar verilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reklam bazarında gəlirlərin azalması səbəbindən çətinliklərlə üzləşən sektorda daha bir layihənin yayımının dayandırılacağı açıqlanıb.

Söhbət ötən mövsüm cümə axşamları yayımlanan və uzun müddət reytinq cədvəlinin zirvəsində qərarlaşan "Halef: Köklerin Çağrısı" serialından gedir.

Maraqlı izləyici kütləsinə malik olmasına baxmayaraq, ekran işi 43-cü bölümü ilə tamaşaçılarla vidalaşacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az