Müğənni Arzu Mirzəyeva xarici görünüşündə etdirdiyi dəyişikliklə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi burnunun formasını yeniləmək üçün əməliyyat masasına uzanıb. Müdaxilə zamanı qabırğa nahiyəsindən götürülən qığırdaqdan burun üçün implant kimi istifadə edilib.
Əməliyyatdan sonra görünüşü ilə bağlı narahatlıqlarının aradan qalxdığını bildirən müğənninin səhhətinin hazırda orta vəziyyətdə olduğu qeyd olunur.
Arzu Mirzəyevanın cərrahi müdaxilədən sonra çəkilən və sosial şəbəkədə yayımlanan kadrları maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















